Ordunun Strateji Dəniz Qüvvələrinin bu təlim-döyüş donanması bazar günü Bəndər Abbas Hərbi Dəniz Qüvvələrinin komandirləri tərəfindən qarşılaması ilə İran Hərbi Dəniz Qüvvələrinin (NEDAJA) birinci İmamət bölgəsinin estakadasında dayanıb.
İran İslam Respublikası Ordusunun Strateji Dəniz Qüvvələri komandanının koordinasiya üzrə müavini NEDAJA-nın 100-cü donanmasının komandirləri, heyəti və tələbələri qarşısındakı çıxışında deyib: “Buşehr dəstək döyüş gəmisinin və Lavan pilotsuz təyyarə daşıyıcı gəminin döyüş əməliyyat təlimi missiyası İran İslam Respublikasının dəniz döyüş və təlim imkanlarının artırılmasına zəmanət verir.”
Qeyd edək ki, bu flotiliya təhsil əlaqələrinin səviyyəsini yüksəltmək və dəniz təcrübəsini gənc zabitlərə ötürmək məqsədi ilə Hindistan və Oman donanmalarının rəsmiləri tərəfindən qarşılanan Mumbay və Maskat limanlarında olmuşdur.
Sizin rəyiniz